Gələ bilmədim

yazarlar
1-06-2017, 09:47 1287
 Gələ bilmədim
Sən də köçüb getdin,boşdu otağım,
Bəs səni görməyə mən hara gəlim?
Sığındım qoynuna qara torpağın,
Son dəfə görməyə gələ bilmədim.
Vardı gözlərində bir ümüd yerim
Axan göz yaşların,qəmim kədərim,
Işıqlı çöhrəndə vardır sevincim,
Son dəfə səninlə bölə bilmədim.
Qismətə bax,tale nə yaşmış mənə,
Mən gələ bilmədim son görüşünə,
Titrək əllərini alın əlinə,
Qəmli gözlərinə baxa bilmədim.
Vətən həsrətilə köçdün dünyadan,
Niyə bu qisməti verdi yaradan,
Səni son mənzilə alıb-aparan,
Vida karvanına çata bilmədim.
Misir dayının əziz xatirəsinə
Valeh 25 may 2017