“Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirildi

gundem
4-05-2017, 22:29 1262
“Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirildi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fəttah Heydərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Gənclər siyasətinin banisi H.Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı üçün gördüyü işlər haqqında çıxışlar olub.

Tədbir zamanı Gənclər Fondu tərəfindən hazırlanmış Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş film nümayiş etdirilib.