Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

maraqli
30-04-2017, 21:55 1214
Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq
Azərbaycan katolikləri tezliklə Azərbaycan müsəlman ailəsindən tarixdə birinci keşiş əldə edəcəklər.

Realfakt.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bu barədə “Sibir katolik qəzeti” xəbər yayıb.

Qeyd olunur ki, Roma Papası Fransisk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı “Məryəm - Həvarilərin Məlikəsi” seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək.

Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib.

2011-ci ildə Sankt-Peterburqdakı “Məryəm - Həvarilərin Məlikəsi” seminariyasına qəbul olunmuşdu.

B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.