Fəhləlikdən neft milyonçuluğuna gedən yol: Murtuza Muxtarovun həyatı

maraqli
30-04-2017, 21:27 1305
Fəhləlikdən neft milyonçuluğuna gedən yol: Murtuza Muxtarovun həyatı
Neft sahibkarı, mesenat Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi.

Oxu.Az bu barədə bizplus.az-a istinadla xəbər verir.

Qərbi Avropa mədəniyyətinin pərəstişkarı idi, cəmiyyətdə xurafata qarşı mübarizə aparırdı, bu məqsədlə Bakıda “Tərəqqi” qəzeti nəşr etdirirdi, məktəblər tikdirirdi. Xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınırdı.

Həyatı
Neft sahibkarı, mesenat Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi.

Realfakt.Az bu barədə bizplus.az-a istinadla xəbər verir.

Qərbi Avropa mədəniyyətinin pərəstişkarı idi, cəmiyyətdə xurafata qarşı mübarizə aparırdı, bu məqsədlə Bakıda “Tərəqqi” qəzeti nəşr etdirirdi, məktəblər tikdirirdi. Xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınırdı.

Həyatı
Fəhləlikdən neft milyonçuluğuna gedən yol: Murtuza Muxtarovun həyatı
M.Muxtarovun ilk ailə həyatı çox faciəli olmuşdur. Onun ilk dəfə Qönçənaz adında bir xanım olmuş, ondan 2 qızı dünyaya gəlmişdi. Murtuza Muxtarov səfərdə olarkən uşaqlar xəstələnir, onlar vaxtında müalicə edilmədiyinə görə qızların hər ikisi xəstəlikdən tələf olurlar. Neftxuda səfərdən qayıdıb bu bədbəxtliyə tab gətirə bilmir və Qönçənazı evdən qovur. M.Muxtarov Vladiqafqaza səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Vladiqafqazlı general Tuqanovun ortancıl qızı olub. Onların aralarında yaş fərqi çox idi və öz övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi ilə saxta olsa da bir türk paşasına ərə gedib Türkiyəyə qaçır və zənn edir ki, xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmırmış.

Bağ evi

Muxtarov ikinci binanı isə Mərdəkanda yerləşən Dendrologiya İnstitutundakı bağ evini eyni “kotik” üslubunda “gəmi” formasında layihələndirmişdi. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün iki mərtəbəli bina ucaldılıb. Binada akustika və Venetsiya sistemi vardır.

O, Abşeronu gəzib onu ən gözəl guşəsi və iqlim şəraitini nəzərə alaraq məhz Mərdəkanda bugünkü Dendrologiya İnstitutunu özünə bağ evi seçmişdir. Buraya Lənkərandan gəmilərlə torpaq gətirilmiş və bağa 60-80 sm qalınlığında əlavə torpaq verilmişdi. Ümumi sahəsi 12 ha olan Dendrologiya İnstitutu Abşeron yarımadasının şimal şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən isə 40 km məsafədə yerləşir. Ərazi dəniz səviyyəsindən 8,2m hündürlükdə olub, illik orta temperatur təxminən 13-15C-yə bərabər olur. Qış aylarında temperatur 8-8,2 C təşkil edir, isti yay günlərində rütubətlik 35- 40% aşağı düşür. Abşeronda illik yağıntının miqdarı 120-270mm-dir. Bu baxımdan Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonalarının iqliminə oxşardır.

Bir əsrdən çox yaşı olan M.Muxtarovun bağ evi sayılan Dendrologiya İnstitutundakı quyu

Mexaniki tərkibinə görə torpaq qələvi tərkibli olub (PH 8-9), boz gilli və qumsal torpaq tipinə aiddir. Torpaqların tərkibini 80-85% əhəng təşkil edir. Dendrologiya İnstitutunun torpaq qatı əkin üçün yararlı olmayıb, 20-40 sm dərinlikdə əhəngli qayalıqlarla əhatə olunmuşdur. Hələ o dövrdə bağın sahibi M.Muxtarov bağa əkin üçün yararlı olan torpaq örtüyünü Lənkəran zonasından buraya gətirmişdir ( 1926). Göründüyü kimi burada yaradılmış bu süni ekosistemdə laboratoriyalar tərəfindən aparılan tədqiqat işləri Abşeronun mühit amillərindən bir çox ekoloji problemlərin həllində hərtərəfli rol oynayır.

Bağda su hovuzları ilə yanaşı 6 süni şəlalə inşa edilmişdir ki, buda bağın ümumi kompozisiyasında çox gözəl görünür. Dendrologiya İnstitutunun tarixini əks etdirən inşası hələdə hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi təkcə bu bağ üçün deyil, həmçinin respublikamız üçün tarixi abidə sayılır. Quyuların diametri 8–13 m, orta dərinliyi isə 36m, təşkil edir. Bu quyuların 3 keçid xətti var.

Ölümü

Azərbaycanın məşhur neft milyonçularından biri olan Murtuza Muxtarovun ölümü də həyatı kimi faciəli və qəhrəmanlıqla sona yetmişdir. 1920- ci ildə XI Qızıl Ordu Bakıya daxil olduqda aprel ayının 15-də Ordunun iki silahlısı bəyin indiki M.Muxtarov küçəsi 6-da yaşadığı Səadət sarayındakı evinin qapısını sındırıb zala daxil olurlar, onu təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir. Buna dözməyib tüfəngi götürüb 1 gülləni Anasov adlı bir bolşevikə vurub öldürür, 2- ci gülləni isə özünə vurur. Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər. Liza xanımı isə qulluqçular anbarda gizlədirlər. Sonralar Liza xanım Türkiyəyə-İstanbula, oradan isə Berlinə köçür və ömrünün axırına kimi 1971-ci ilə qədər orada yaşayır.