“Barselona” 7 qolla qələbə qazandı

idman
27-04-2017, 22:32 1235
“Barselona” 7 qolla qələbə qazandı
İspaniya çempionatının 34-cü turunda “Barselona” doğma meydanda “Osasuna” klubunu darmadağın edib.

Kataloniyalıların heyətində Lionel Messi, Pako Alkaser və Andre Qomiş dubla imza atıb, Xavyer Maskerano isə “Barselona”da ilk qolunu vurub.

Bu nəticədən sonra Luis Enrikenin yetirmələri turnir cədvəlində ilk pilləyə yüksəliblər, lakin “Barselona”nın əzəli rəqibi Madridin “Real” klubunun ehtiyatda iki oyunu var.

İspaniya çempionatı — 34-cü tur

“Barselona” — “Osasuna” — 7:1 (2:0)

Qollar: Messi, 12 (1:0), Andre Qomiş, 30 (2:0), Torres, 48 (2:1), Andre Qomiş, 57 (3:1), Messi, 61 (4:1), Pako Alkaser, 64 (5:1), Maskerano, 67 — pen. (6:1), Pako Alkaser, 86 (7:1).