NASA-nın tədqiqatçıları günəşdə anomal partlayışlar aşkar ediblər

maraqli
24-04-2017, 23:21 1146
NASA-nın tədqiqatçıları günəşdə anomal partlayışlar aşkar ediblər
NASA əməkdaşları günəşin səthində anomal partlayışlar qeyd ediblər.

Aktualqezeti.Az xəbər verir ki, bu barədə “Veçernaya Moskva” məlumat yayıb.

Tədqiqatçılar partlayışları öyrənir və onun mənbəyini müəyyən etməyə çalışırlar.

Alimlər ehtimal edirlər ki, günəş səthində qeyri-adi və parlaq ilmələr əmələ gəlib. Bu hadisələrin səbəblərinə dair alimlərin birmənalı cavabı yoxdur.

Günəşdə güclü partlayışları Yaponiya və Çin sakinləri orta əsrlərdə müşahidə ediblər. Həmin illərin xronikasında alimlər 200-ə yaxın bu qəbildən olan partlayışlara dair məlumat aşkar ediblər. Bu partlayışları “şimal parıltısının partlayışı” və “sirli qırmızı duman” adlandırıblar.