Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub
idman, gundem
24-04-2017, 22:07
1309
Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub
İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi komandasının heyətində 500-cü qolunu vurub.
Realfakt.Az-ın APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində Madrid “Real” ilə matçda baş verib.
Madriddə keçirilən qarşılaşmada “Barselona” rəqibini 3:2 hesabı ilə məğlub edib. Messi oyunda “dubla” imza ataraq klub karyerasında vurulan qolların sayını 500-ə çatdırıb.
Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 8 qat İspaniya çempionu, 4 qat İspaniya Kubokunun və 4 qat Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində həmçinin 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.