Messi oyun zamanı zədə aldı

idman
20-04-2017, 22:26 1261
Messi oyun zamanı zədə aldı

Argentinalı futbolçu Messi dünənki qarşılaşmada çətin anlar yaşayıb.

Realfakt.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, “Barselona” – “Yuventus” matçının 43-cü dəqiqəsində Messi Pyaniç ilə mübarizədən sonra çox pis şəkildə yerə yıxılıb.

Matçı ekran başından izləyən futbol həvəskarları qorxu dolu anlar yaşayıb. Messi topu götürə bilmək üçün havaya sıçrayıb və mübarizə zamanı sifəti üstə düşüb. Dərhal tibbi yardım edilən futbolçunun gözünün altında göyərmələr olduğu diqqətdən qaçmayıb.

Dünya ulduzu tibbi yardımdan sonra yenidən oyuna geri dönüb.