İlham Əliyevdən növbəti xəbərdarlıq

siyaset
11-04-2017, 09:20 620
İlham Əliyevdən növbəti xəbərdarlıq

Prezident İlham Əliyev qiymət artımı ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Realfakt.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən İlham Əliyev 2017-ci ilin yaxşı başladığını qeyd edib: “Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq.

Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır”.