Bakı metrosu konsert verəcək

---
17-03-2017, 13:04 533
Bakı metrosu konsert verəcək

“Bakı Metropoliteni” QSC Novruz bayramı münasibətilə növbəti sosial layihəni gerçəkləşdirəcək.

Realfakt.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişası:

- “İçərişəhər” stansiyası – saat 12:15-13:45;

- “28 May” stansiyası – saat 13:15-14:45;

- “Elmlər Akademiyası” stansiyası – saat 14:15-15:45;

- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.