Bakı daha bir Avropa çempionatına ev sahibliyi edəcək

hadise
4-02-2017, 20:24 1123
Bakı daha bir Avropa çempionatına ev sahibliyi edəcək

2020-ci ildə Bakıda kişi idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

“Realfakt.az” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışma Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hər il Bakıda Milli Gimnastika Arenasında Dünya Kubokunun mərhələləri keçirilir və bu mərhələlərdə də Olimpiya Oyunlarında iştirak üçün lisenziya xalları verilir.

2007, 2009 və 2014-cü illərdə Azərbaycan bədii gimnastika üzrə 3 Avropa çempionatına ev sahibliyi edib. Gələn il isə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.