» » Qar 42 nəfəri xəstəxanalıq etdi - Təcili Tibbi Yardım


Qar 42 nəfəri xəstəxanalıq etdi - Təcili Tibbi Yardım

2-02-2017, 13:13
Oxunub: 647
Çap et
Qar 42 nəfəri xəstəxanalıq etdi - Təcili Tibbi Yardım

Fevralın 2-də qarda yıxılaraq xəsarət alanlarla bağlı müraciətlərin sayında artım müşahidə edilib.
Realfakt.az Lent.az-a istinadən xəbər verir ki,Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Lent.az-a bildirilib ki, dünən və bu gün ərzində ümumilikdə 42 nəfər qarda sürüşərək xəsarət alıb.

R.Nağıyev deyib ki, onlardan 38 nəfəri xəstəxanaya yerləşdirilib: “ Travmalar yenə də əsasən aşağı və yuxarı ətrafların zədələnmələri, çıxıqlar, bazu sümüyünün, sağ biləyin əzilməsi ilə bağlıdır”.

Baş həkim qeyd edib ki, bu gün son 1 saat ərzində 4 nəfər artıq bu travma ilə Təcili Tibbi Yardıma müraciət edib.
Reytinq: