Bakıda yaşayış binasında yanğın olub

hadise
2-02-2017, 10:13 1166
Bakıda yaşayış binasında yanğın olub

Bu gün Bakı şəhəri, Xətai rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı 7 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı 20 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin tavanı 6 m² sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə yanıb.

Realfakt.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib.Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğın saat 07:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​