Xəzərdən meyit tapıldı - Neftçilərə aid olması araşdırılır

sosial
1-02-2017, 17:38 966
Xəzərdən meyit tapıldı - Neftçilərə aid olması araşdırılır

Dekabrın 15-də Xəzər dənizində neftçilərin olduğu estakadanın uçması, 10 nəfərin itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

Realfakt.az Qafqazinfo-ya istanadən xəbər verir ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1 – ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.
Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.