Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

hadise
27-01-2017, 12:43 1113
Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Realfakt.az APA-ya istinadən xəbər verir ki, yanvarın 26-da saat 07.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə N. Sövzəliyev və 10 sərnişin xəsarət alıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar buraxılıb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.