Bakı sakinindən 20 kq narkotik götürülüb

hadise
26-01-2017, 15:09 1093
Bakı sakinindən 20 kq narkotik götürülüb

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Realfakt.az APA ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mayis Cabbarovdan 11,615 qram, rayonun A.Şərifzadə küçəsindəki söküntü ərazisində gizlətdiyi yerə baxış zamanı 20 kiloqram 5 qram marixuana aşkarlanıb.