Göygöl sakini bıçaqlandı

hadise
26-01-2017, 12:45 693
Göygöl sakini bıçaqlandı

Göygöldə bıçaqlanma olub.



Realfakt.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Nofəl Həsən oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.



O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. N. Pənahovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.



Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.