"Mən gedirəm, ağlama...”

musahibe
27-08-2015, 09:59 991
"Mən gedirəm, ağlama...” Rəşid Behbudovun sənəti və şəxsiyyəti haqqında miniatür kitab çapdan çıxıb
Azərbaycanın dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudova həsr olunmuş miniatür kitab nəşr olunub. Mədəniyyət və TurizmNazirliyi mətbuat mərkəzindən daxil olan məlumata görə, Xalq yazıçısı Elçinin müəllifi olduğu kitab "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" adlanır.
Qeyd edək ki, Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni nəşr sənətkarın yubileyinə töhfədir.
Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla işıq üzü görüb. Ölçüsü 38x45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın bayrağı əks olunub.
Kitabda Xalq yazıçısı Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb. Miniatür kitab oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətini böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.