Azərbaycanlı aparıcı yeni ili kimsəsiz uşaqlar ilə birlikdə qeyd etdi

dunya
6-01-2017, 20:43 1206
Azərbaycanlı aparıcı yeni ili kimsəsiz uşaqlar ilə birlikdə qeyd etdi






Daima etdiyi xeyriyyə tədbirləri ilə seçilən Rəna Bayramqızı Əliyeva Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların yaşadığı 2 saylı kimsəsizlər evinə gedərək, yeni ili onlar ilə birlikdə qeyd edib.

İlk öncə, burada yaşayan uşaqlar ilə görüşən sevilən aparıcı daha sonra onların təhsilləri, xüsusi bacarığı olan qızların əl işləri və məşğul olduqları idman növlərindən qazandıqları medallar ilə tanış olub.

Uşaqlar ilə tanış olduqdan sonra Rəna Bayramqızı Əliyeva onlar üçün apardığı sovqatlardan süfrə açıb. Sevilən müğənnilərimiz də Rəna Bayramqızının bu xeyriyyə tədbirinə qoşularaq öz ifaları ilə uşaqların könüllərini şad ediblər.

Uşaqları sevindirmək üçün konsert proqramına müğənnilər ilə birlikdə onları təbrik etməyə Şaxta baba, Qar qız və kloun da aparılıb. Sevilən aparıcı və pedaqoq Rəna Bayramqızı Əliyeva onlar üçün hazırladığı hədiyyələri şəxsən uşaqlara təqdim edib.

Sonda isə 2 saylı uşaq evinin rəhbərliyi Lider TV-nin sevilən aparıcısı Rəna Bayramqızına təşəkkürnamə təqdim edib.

Bütün bunlar haqqında daha ətraflı "Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 17:00.