Seyran Səxavət AYB-də gənc yazıçılara indi də cənab İlham Əliyev haqqında başqa bir “ Qızıl teşti” yazmağı məsləhət görəcəkdir.
maraqli
29-12-2016, 16:54
1461

Nəinki Azərbaycanda, artıq bütün dünyada tərəqqipərvər və obyektiv insanlara məlumdur ki, ulu öndər Heydər Əliyev işlədiyi bütün dövrlər ərzində həmişə yaradıcı adamların - yazıçıların, şairlərin, aktyorların, rəssamların, bəstəkarların dostu olmuş, dəfələrlə “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşdü. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, ulu öndər Moskvada yüksək vəzifədən uzaqlaşdırılandan sonra bədxah qüvvələr ona hücum etməyə başladılar. Təəssüf ki, zərbənin biri də Azərbaycanın tanınmış yazıçısı Seyran Səxavət tərəfindən vuruldu. Onun “Qızıl teşt” adlı dəbnam əsəri bambılı Ə.Vəzirov tərəfindən bəyənilərək Azərbaycan Dövlət Milli Dram Teatrında tamaşaya qoyuldu. O zamandan bu vaxta qədər nankor yazıçı Seyran Səxavət üzə çıxmırdı. Ancaq bu günlərdə onu Azərbaycan Yazıçılar Birliyinə baş məsləhətçi təyin ediblər. Acınacaqlı haldır. Cavan yazıçılar işsiz qala-qala yetmiş yaşlı Seyran Səxavət həmin vəzifəyə necə yol tapa bilmişdir? Özü də baş məsləhətçi! Görünür baş məsləhətçi Seyran Səxavət AYB-də gənc yazıçılara indi də cənab İlham Əliyev haqqında başqa bir “ Qızıl teşti” yazmağı məsləhət görəcəkdir.
Əli Qaraxanlı
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı