Bakı məktəblərinin istiliklə təminatı necə olacaq?

tehsil
6-12-2016, 16:37 1270
Bakı məktəblərinin istiliklə təminatı necə olacaq?
"Azərbaycanda elektrik enerjisinin, qazın və isti suyun tariflərinin siyasətinin dəyişdirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) gələn ilki büdcəsində qiymət artımları nəzərdə tutula bilər".

Realfakt.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

M.Vəliyevanın sözlərinə görə, büdcə hesabına aparılan ödənişlərlə bağlı müəyyən məsələlər müvafiq təşkilatlar tərəfindən nəzərə alınacaq:

"Təbii ki, qiymət siyasətinin dəyişdirilməsi məktəblərə də təsir göstərəcək. Lakin bu məsələdə müvafiq təşkilatlar öz öhdəliklərini nəzərə alaraq, üzərlərinə düşəni yerinə yetirəcəklər. Bu, birbaşa bizə aid olan məsələ deyil. Yəqin ki, gələn ilin büdcəsinin tərtibində qiymət artımları nəzərə alınacaq".

M.Vəliyeva deyib ki, bu gün Bakı məktəblərinin istiliklə təminatında problemlər yoxdur:

"Çox kiçik problemlər olur ki, onlar da vaxtında aradan qaldırılır".