Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarıldı

sehiyye
2-12-2016, 15:00 1292
Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarıldı
Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən yad cisim xaric edilib.

Realfakt.Az xəbər verir ki, RMDM-dən APA-ya verilən məlumata görə, Mərkəzin həkim-mütəxəssislərinin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb.