Bakıda xəstəxanada İNTİHAR: özünü binadan atdı

hadise
25-11-2016, 15:40 1176
Bakıda xəstəxanada İNTİHAR: özünü binadan atdı
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.

Realfakt.Az report-a istinadən xəbər verir ki, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı report-a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb:

"Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb".
Onun meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.