Xaçmazda qeyri-adi ixtira insanları sevindirdi

maraqli
23-11-2016, 15:23 1048
Xaçmazda qeyri-adi ixtira insanları sevindirdi
Xaçmaz rayon sakini Kamal Balacayev 20 ildən çoxdur ki, qaynaqçı işləyir.

Realfakt.Az ARB Şimal-a istinadən xəbər verir ki, öz emalatxanasında müxtəlif əşyalarla yanaşı hər növ soba da hazırlayır.

Lakin Kamal Balacayevin ərsəyə gətirdiyi sobalardan biri öz qeyri-adiliyi ilə diqqət çəkir. Belə ki, bu soba müxtəlif növ yanacaqla işləməyə qadirdir. Bazarda satışda olan müxtəlif qızdırıcılardan fərqli olaraq bu sistem həm qaz, həm odun, həm dizel, həm də elektriklə qızdırılır.

Sifarişdən asılı olaraq soba daha az yanacaq növü ilə qızdırıla bilər. Kamal Balacayevin hazırladığı sistemləri quraşdırmaqla məşğul olan Mustafa Rəsulov deyir ki, bununla bağlı ona müraciətlər çox olur. Evlərinə kombi qızdırıcılar qoyan şəxslər daha sonra Kamal ustanın hazırladığı unikal sobalara üz tutur. Səbəb isə bu sobaların daha qənaətli olmasıdır.

Bu tip sobalar evdə müxtəlif yerlərdə quraşdırıla bilər. Sobanın üzərindəki su qızdırıcı isə hamamdakı qızdırıcını əvəzləmək imkanına malikdir. Sözügedən cihazlar istixanalarda səmərəli effekt verir. Üstünlüklərindən biri də daha uzunömürlü olmasıdır. Hazırlanması 20-25 gün vaxt alan bu cihazın qiyməti orta hesabla 1000-1200 manat arasında dəyişir.