Ərdoğan: "Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur

dunya
23-11-2016, 15:20 988
Ərdoğan: "Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur
"Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir".

Realfakt.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığı üzrə Daimi komitəsinin sessiyasında çıxış edən dövlət başçısı bildirib:

"Sabah Avropa Parlamentində Türkiyə ilə Aİ-yə daxil olmaq üzrə danışıqların dondurulması üçün səsvermə olacaq. Mən əvvəlcədən bəyan edirəm: bizim üçün bu səsvermənin heç bir dəyəri yoxdur. Ölkəmizin müstəqilliyi və gələcəyi uğrunda mübarizə orada əllərin qalxıb-düşməsinə (səsvermə - red.) görə dayandırıla bilməz".