İrandan marixuanalı yuyucu toz gətirən şəxs saxlanıldı

hadise
26-08-2015, 14:48 1101
İrandan marixuanalı yuyucu toz gətirən şəxs saxlanıldı Faktla bağlı təhqiqat aparılır.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Nemət Sultanov gömrük nəzarətindən keçən zaman ondan hər bir konvalyutda 20 ədəd həb olmaqla 5 konvalyut “Clonazepam 2” adlı dərman preparatı aşkar edilib.
Oxu.Az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, bundan başqa, N.Sultanovun əl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48,5 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Xatırladaq ki, vətəndaş N.Sultanovdan aşkar edilən “Clonazepam 2” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir.