​Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlandı

hadise
26-08-2015, 14:47 1146
​Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlandı Bakıda “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyf oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.