Azərbaycandan Acun Ilıcalıya təklif

sou
18-11-2016, 16:21 1232
Azərbaycandan Acun Ilıcalıya təklif
Türkiyəli məşhur Acun Ilıcalı Azərbaycandan təklif alıb.

Realfakt.Az axşam.az-a istinadən bildirir ki, "Səs Yunanıstan" layihəsi ilə səs-küy yaradan "TV 8"in rəhbəri növbəti hədəfinin İngiltərə və Almaniya olduğunu açıqlayıb. O bildirib ki, əcnəbiləri ekran başına bağlayan türk olmaq istəyir.

Ilıcalının 1,5 ildir üzərində çalışdığı "Səs Yunanıstan" layihəsinin ilk bölümü "Skai TV"də yayımlanıb. Afinada baş tutan kokteyldə münsiflər Elena Paparizu, Sakis Ruvas, Kostis Maraveyas və Panos Mouziurakislə birlikdə media nümayəndələrinin qarşısına çıxan Acun layihələrindən danışıb.

"Yunanları ekran başına bağlayan türk olmaq istəyirəm. Bu qüruru yaşamağı arzulayıram", - deyə Acun bildirib.

Xaricdə yayımlanan türk serialları qədər məşhur olmağı arzulayan Ilıcalı Rumıniya və Azərbaycandan təklif aldığını açıqlayıb:

"Aparıcı və ya idarəçi kimi performansımı yox, prodüserlikdəki bacarığımı göstərməyə çalışıram. "Efirdə olum" deyə bir iddiam yoxdur, heç vaxt da olmadı".