Trampdan Ərdoğana tərif dolu sözlər – “Sizə həqiqətən çox böyük hörmətim var, qızım İvanka sizin tərəfdarınızdır”

dunya, gundem
11-11-2016, 18:05 997
Trampdan Ərdoğana tərif dolu sözlər – “Sizə həqiqətən çox böyük hörmətim var, qızım İvanka sizin tərəfdarınızdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampla telefon danışığının təfərrüatları ortaya çıxır.

Realfakt.Az Avropa.info-ya istinadən xəbər verir ki, dünən ABŞ-da prezident seçkilərindən qələbə ilə çıxan Tramp və Ərdoğan arasında keçirilən telefon danışığı zamanı Ərdoğanın Trampı təbrik etdiyi bildirilir.

Əldə olunan məlumata görə, Tramp Ərdoğanla danışığı zamanı "Sizə həqiqətən çox böyük hörmətim var. Ölkəniz üçün çox yaxşı şeylər etdiniz" deyə sözə başlayıb. O daha sonra qızını nəzərdə tutaraq "İvanka yanımdadır, sizinlə əlaqəni də o qurub. O sizin çox böyük tərəfdarınızdır" deyə bildirib.

Ərdoğanla Tramp arasında baş tutmuş telefon danışığının son dərəcə müsbət keçdiyini bildirən mənbələr Ərdoğanın İŞİD, Fəthullah Gülən, PYD və Mosul ilə bağlı Türkiyənin narahatlığını bildirdiyini açıqlayıb.

Mövzuların təfərrüata girmədən müzakirə olunduğunu vurğulayan mənbələr Trampın "Vəziyyətinizi anlayıram, çətinliklərinizi anlayıram. Məsələ ilə bağlı bir nəticə əldə edib birlikdə çalışmağımız lazımdır" dediyini bildirib.