Trampdan ABŞ-dakı aksiyalara ilk SƏRT REAKSİYA

dunya
11-11-2016, 15:40 657
Trampdan ABŞ-dakı aksiyalara ilk SƏRT REAKSİYA
ABŞ-da prezident seçkilərinin ardından başlayan etiraz aksiyaları 45-ci prezident postuna yiyələnən Donald Trampı özündən çıxarıb.

Realfakt.Az sozcu-yə istinadən bildirir ki, respublikaçı Tramp Barak Obama ilə Ağ evdə bir araya gəldikdən sonra "Twitter" hesabından paylaşdığı mesajda etirazçıları "insafsız" adlandırıb:

"Çox açıq və demokratik prezident seçkiləri keçirildi. İndi KİV tərəfindən küçələrə çıxarılan nümayişçilər etiraz aksiyaları keçirirlər. Çox ədalətsiz qərardır".

Təhməz Təkin