Səudiyyə Ərəbistanında şahzadə edam olundu

dunya
19-10-2016, 17:33 771
Səudiyyə Ərəbistanında şahzadə edam olundu
Səudiyyə Ərəbistanı hökuməti 3 il əvvəl törətdiyi cinayətə görə şahzadə Turki ben əl-Kəbiri edam edib.

Realfakt.az RT-yə istinadən xəbər verir ki, şahzadə əl-Tumam rayonunda Ər-Riyad ətrafında düşmənçilik etdiyi şəxsə atəş açıb. Hadisə nəticəsində həyatını itirən kişinin ailəsi münaqişəyə son qoymaq üçün təklif olunan “qan pulu”ndan imtina edib.

Qeyd olunur ki, edam prosesi kralın razılığı əsasında həyata keçirilib.