Opera və Balet Teatrında "Şah İsmayıl" tamaşası

medeniyyet
18-10-2016, 14:48 1223
Opera və Balet Teatrında "Şah İsmayıl" tamaşası


Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın solisti, Azərbaycan Respublikasının xalq Artisti, prezidentin fəxri təqaüdçüsü Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa - Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası keçiriləcəkdir.

Realfakt.az xəbər verir ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcəkdir.

Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaratmışdır. "Koroğlu"da Həsən xan, Eldar, "Leyli və Məcnun"da Nofəl, "Arşın mal alan"da Süleyman, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Natəvan"da Qasım bəy Zakir, "Aida"da Amonasro, "Karmen"də Eskamilio və s.

Noyabrın 2-də baş tutacaq tamaşada "Şah İsmayıl" rolunu əməkdar artist Təyyar Bayramov, Gülzar rolunu əməkdar artist Fəridə Məmmədova, Ərəbzəngi partiyasını isə Afaq Ağayeva ifa edəcəklər.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.