Türkiyədə həbslər davam edir - Bu dəfə 61 polis

---
18-10-2016, 12:32 429
Türkiyədə həbslər davam edir - Bu dəfə 61 polis

Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə 61 polis əməkdaşı həbs edilib.

Realfakt.az Trend-ə istinadən bildirir ki, həbs edilən polislər Gülən terror təşkilatına üzv olmaqda təqsirli bilinirlər.

Müəyyən edilib ki, onlar Fətullah Gülən hərəkatı tərəfdarlarının istifadə etdiyi ByLock proqram rabitəsindən yararlanıblar.