Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər

---
17-10-2016, 15:23 637

Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər


Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Realfakt.az AZƏRTAC-a istinadən bildiri ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.

Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız".

XXX

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

XXX

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".