İnyestaya ömürlük müqavilə təklifi

idman
14-10-2016, 12:42 1260
İnyestaya ömürlük müqavilə təklifi

Andres İnyesta futbolçu karyerasını bitirdikdən sonra da "Barselona"da qala bilər.

Realfakt.az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu təcrübəli yarımmüdafiəçiyə ömürlük müqavilə təklif edəcək.

Təklifi qəbul edəcəyi halda, İnyesta "Barselona"da istədiyi qədər qala bilər. Futbolçu karyerasını bitirdikdən sonra isə o, klubda başqa vəzifə tutacaq.

Xatırladaq ki, 32 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 14 il əvvəl debüt edib