Akademik Arif Paşayev BMA-nın "Fəxri Qızıl Nişanı" və Diplomu ilə təltif olunub

siyaset
7-10-2016, 14:48 1133
http://img.milli.az/2016/10/07/476945.jpg
Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) "Fəxri Qızıl Nişanı" fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.

Bu barədə Trend Azərbaycan Milli Elmlər Akademiyasına istinadən məlumat verir.

Akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.