Jurnalist qətlə yetirildi - Snayper gülləsi ilə

dunya
4-10-2016, 16:49 1915
http://img.milli.az/2016/10/04/476025.jpg
Liviyanın Sirt şəhərində Hollandiyalı jurnalist Yerun Orleman qətlə yetirilib.

Liviyadakı hadisələri işıqlandırmak üçün bu ölkəyə gələn media işçisi, snayper atəşinə tuş gəlib. Frans Press agentliyi üçün şəkillər çəkən jurnalist, eyni zamanda, Belçikanın "Knack" qəzeti üçün də xəbərlər yazırdı.

Qeyd edək ki, Sirt şəhərində İŞİD terrorçuları ilə hökumət qüvvələri arasında döyüşlər gedir.