Polis Türkiyənin cənub-qərbində xüsusi əməliyyat keçirir (ƏLAVƏ OLUNUB)

dunya
11-08-2015, 12:22 925
Polis Türkiyənin cənub-qərbində xüsusi əməliyyat keçirir (ƏLAVƏ OLUNUB) Türkiyə polisi İzmir vilayətində antiterror əməliyyatı aparır. “Kanal7” telekanalına istinadən xəbər verir.
Əməliyyat zamanı artıq 25 nəfər həbs edilib. Bundan başqa, parallel olaraq Adanada da antiterror əməliyyatı keçirilir.
Ölkənin mərkəzi vilayətlərində də əməliyyatların başlayacağı gözlənilir.
Bu günədək Türkiyədə keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 2 mindən çox insan saxlanılıb.