Qar yağacaq

hadise
29-09-2016, 13:25 1371
http://img.milli.az/2016/02/03/qarli_hava_0124.jpg
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da arabir yağış yağacağı, intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 30-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Xəbərdarlıq

Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.