Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasının genişləndirilməsini müzakirə ediblər

gundem
22-09-2016, 12:20 1231
Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasının genişləndirilməsini müzakirə ediblər
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.
XİN-dən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.