Süpürgəçi yolu süpürərkən maşınla vuruldu

hadise
21-09-2016, 10:38 1286
Süpürgəçi yolu süpürərkən maşınla vuruldu
Zaqatalada avtomobillə vurulan mənzil kommunal təsərrüfatının işçi ağır xəsarət alıb.
APA-ya istinadən, bu gün saat 06 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 129-cu kilometrliyində Aşağı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Qüdrət Müsənnif oğlu Şabanov ərazidə yol kənarını təmizləyərkən rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Rasim Saleh oğlu Ağayevin idarə etdiyi "VAZ 21124" markalı 10 SG 912 dövlət nömrə nişanlı avtomobilə vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qüdrət Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya bildirilib ki, Qüdrət Şabanova qapalı kəllə-beyin travması, baş sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağırdır. Lazımi ilkin tibbi yardım göstərilən zərərçəkənin vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.