Neft gəlirlərimiz 35 faiz azalıb –Gömrük Komitəsi

iqtisadiyyat
19-09-2016, 11:39 1356
Neft gəlirlərimiz 35 faiz azalıb –Gömrük Komitəsi
2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 4 milyard 165 milyon 218 min dollarlıq xam neft ixrac olunub.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin ilk 8 ayı ilə müqayisədə xam neft ixracı 35% azalıb. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 6 milyard 394 milyon 879 min dollarlıq, 2014-cü ilin 8 ayı ərzində isə 13 milyard 129 milyon dollarlıq xam neft ixrac olunmuşdu. Beləliklə, son 2 ildə neftdən gəlirimiz 3 dəfədən çox azalıb.

QAZ İXRACI 46 FAİZ AZALIB
2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 236 milyon 435 min dollarlıq neft məhsulları (56% azalıb), 632 milyon 993 min dollarlıq təbii qaz (46% azalıb), 8 milyon 882 min dollarlıq elektrik enerjisi ixrac olunub (23% azalıb).
Qeyd edək ki, 2015-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 1 milyard 167 milyon 173 min dollarlıq təbii qaz ixrac olunmuşdu.