» » Bakı-Quba yolunda zəncirvari qəza: yaralılar var


Bakı-Quba yolunda zəncirvari qəza: yaralılar var

19-09-2016, 11:29
Oxunub: 764
Çap et
Bakı-Quba yolunda zəncirvari qəza: yaralılar var
Bakı-Quba yolunda yol qəzası baş verib.
APA-ya istinadən, hadisə bu gün səhər saatlarında Bakı-Quba yolunun 74-cü kilometrliyində qeydə alınıb. "Nissan", "Hyundai" və motosikletin toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarəti ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Xəsarət alan şəxslər Xızı rayon sakinləri -1974-cü il təvəllüdlü Ağayev Fəzail Yəhya oğlu, 1973-cü il təvəllüdlü Həsrətov Rüstəm Əmiraslan oğlu, 1975-ci il təvəllüdlü İbrahimov Telman Zaman oğlu, Şabran rayon sakinləri -1966-cı il təvəllüdlü Cəfərov Tahir Hüsü oğlu, 1976-cı il təvəllüdlü Cəfərova Nazlı Həzərpaşa qızı və 1940-cı il təvəllüdlü Şükürova Mələk Dəmir qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: