Gözlənildiyindən də çox vergi yığılıb

iqtisadiyyat
8-09-2016, 11:39 1280
Gözlənildiyindən də çox vergi yığılıb
Vergilərlə bağlı plana artıqlaması ilə əməl olunub.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Milli.Az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-avqust ayları ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,3 faiz əməl edilib.
Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.