Mərci yemək üçün 6 səbəb

sehiyye
7-09-2016, 12:07 1403
Mərci yemək üçün 6 səbəb
Mərci kiçik olmasına baxmayaraq çox faydalı bitki növüdür. Mərcidən müxtəlif növ yeməklərdə istifadə olunur və çox ləzzətlidir.

Mərci insanı tox edə bilir.
Mərci də başqa dənli bitkilər kimi mədədə gec həzm olunduğuna görə, insana uzun müddət toxluq hissi verər. Ona görə də insan çox yeməkdən çəkinir.
Mərci qəbizliyi aradan qaldırır.
100 qr. mərcidə 5 qr. fibr vardır. Bizim fibrə olan gündəlik ehtiyacımızın dördə birini ödəyir. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, bu dənli bitkiyə etimad edə bilərsiniz. Ancaq ifrat etmək olmaz. Çünki bu dənli bitki suda həll olmadığı üçün, həzmi çətin olar. Bağırsaqlarınızı təhrik edə bilər. Bişirməmişdən əvvəl mərcini bir neçə saat suda saxlamaq daha faydalı olar.
Mərcidə dəmir vardır.
Deyerler.org-a istinadən, 100qr. mərcidə 3 milliqr. dəmir vardır. Xüsusilə də qan azlığından əziyyət çəkən qadınlar üçün faydalıdır. Mərcinin tərkibində olan dəmir bitki mənşəli olduğu üçün heyvan mənşəli olan dəmirdən daha az cəzb olunar. Ona görə də dəmirin cəzb olunması üçün C vitamin qəbul edin. Onu salatlarınızda, şorbalarda, plovlarda istifadə edə bilərsiniz.
Mərci sizi xoş əhvallı edər.
Mərcinin tərkibində B vitamini ailəsinin hamısı vardır. Bu vitamin stress əleyhinədir, ona görə də əgər sressiniz çoxdursa, bu dənli bitkidən çox istifadə edin. B vitamin həm də sizin ahvalınızı gözəl edər.
Qandakı xolesterinin səviyyəsini aşağı salar.
Mərci də yaşıl çay kimi anti-oksidantla zəngindir. Bu anti-oksidanların səviyyəsi mərcini isladıb bişirən zaman daha da çox olur. Tədqiqatların nəticəsi onu göstərir ki, anti-oksidanlar xolesterinlə mübarizə aparır. Mərci ürəyinizə də xidmət edir. Ürəyinizin sağlam olmasını istəyirsinizsə, mərci yeyin.
Mərci protein mənbəyidir.
Mərcinin tərkibində protein deposu vardır. 100 qr. mərcidə 100 qr. ətdə olan qədər protein vardır. Bir fərqlə ki, zərərli yağları bədəninizə daxil etmir. Ona görə də mərci heyvan yağlarından qaçmaq üçün ən əlverişli qida növüdür. Şam yeməyində ət yerinə mərcidən istifadə edə bilərsiniz.