Bakıda bir bank ləğv edilir

iqtisadiyyat
26-08-2015, 11:20 959
Bakıda bir bank ləğv edilir Lisenziyası əlindən alınan bankın ləğvinə başlanılıb fins.az-a istinadən xəbər verir ki, Evrobank ASC-nin fəaliyyəti dayandırılır. Bu barədə məlumat Mərkəzi Bankın (MB) rəsmi mətbuatdakı elanında əksini tapıb. Elanda bildirilir ki, MB İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə Evrobank ASC-nin bank lisenziyası ləğv olunub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə Evrobank ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Evrobank ASC-yə ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb. Ləğvetmə prosesi Evrobank ASC-nin baş ofisində həyata keçirilir. Qeyd edək ki, “Banklar haqqında” qanununun 72.1-ci maddəsinə müvafiq olaraq, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.