Brüssel hava limanında çevik komanda yerləşdiriləcək

dunya
5-09-2016, 11:21 1133
Brüssel hava limanında çevik komanda yerləşdiriləcək
Ekstremal vəziyyətlər, o cümlədən terror aktlarının baş verməsi halında çevik komanda 2017-ci ilin əvvəlindən başlayaraq daimi olaraq Brüsselin beynəlxalq hava limanında olacaq.
Report-a istinadən, bu barədə Belçika DİN rəhbəri Yan Yambonun bəyanatında deyilir.
"Soir" qəzetinin məlumatına görə, hava limanlarında təhlükəsizliyin təmin olunması üzrə əlavə tədbirlər çərçivəsində krallıq hökuməti cəmi 200 xüsusi təlim keçmiş polis ayırır.