Artıq çəkidən azad olmaq xərçəng riskini azaldır

sehiyye
1-09-2016, 11:20 1479
Artıq çəkidən azad olmaq xərçəng riskini azaldır
Alimlərin keçirdiyi araşdırmalar nəticəsində məlum olub ki, insanlar artıq çəkidən azad olan zaman, həm də xərçəng xəstəliyinin riskini də azaldırlar.
Deyerler.org-a istinadən, alimlər qeyd ediblər ki, artıq çəkidən azad olan zaman, orqanizmdə onkoloji xəstəliklərin yaranmasında iştirak edən zülallar da azalır.
VEGF, PAI-1 və PEDF zülalları şiş ətrafında yaranan qan damarlarının inkişaf etməsinə səbəb olur. İnsan artıq çəkini itirdikdə, bu zərərli zülallarda yox olur. Alimlərin sözlərinə görə, artıq çəkidən azad olunan zaman, insan xərçəng xəstəliyinin qarşısını 25% alır. İnsanlar kökələn zaman, yeni qan damarları yaranır. Bu qan damarları hüceyrələri oksigen və qidalandırıcı maddələrlə təmin edir. Bu zülalların birbaşa olaraq xərçəng xəstəliyinə səbəb olub-olmaması, hələ ki, məlum deyil. Lakin bu zülalların şiş ətrafında yaranan qan damarlarının inkişaf etdirməsi, sübut olunub.