Bu gün 11:17-də...

hadise
1-09-2016, 11:09 1318
Bu gün 11:17-də...
2016-cı ilin sonuncu Günəş tutulması məhz bu gün olacaq.
Report-a istinadən, tam Günəş tutulması hadisəsi Mərkəzi Afrika, Tanzaniya, Mozambik və Madaqaskarda müşahidə ediləcək.
Günəş tutulmasını ən yaxşı Tanzaniya sakinləri görə biləcəklər.
Tutulma Qrinviç vaxtı ilə 07.17-də (Bakı vaxtı ilə 11.17) başlayacaq. Günəş tutulması 09.01-də (Bakı vaxtı ilə 13.01-də) maksimal fazaya çatacaq. Təbiət hadisəsi Qrinviç vaxtı 10.55-də (Bakı vaxtı ilə 14.55-də) yekunlaşacaq.
Bundan başqa, bu il üçün Yer və Ayın mərkəzləri arasındakı ən az məsafə (357 448 km) noyabrın 14-də olacaq. Bu zaman Ay çox böyük və aydın görünəcək. Digər "Super Ay" hadisələri sentyabrın 16-sı, oktyabrın 16-sı və dekabrın 14-də baş verəcək, amma bu günlərdə Ay Yer kürəsinə nisbətən yaxınlaşacaq. Eyni zamanda, bu il "qanlı Ay tutulması" hadisəsi gözlənilmir.