Şeirlər

yazarlar
29-08-2016, 11:51 2186
Şeirlər

Azərbaycanım!

Sevirəm həyatın gözəlliyin mən!
Böyüyər qəbimdə- ürək sevincdən!
Musiqi, şeirlə günüm bəzənər,
Incəsənətimlə illərim keçər!

Sevirəm səni mən Azərbaycanım!
Ürəyim doyaraq qoy sənə baxım!
Tarixlərdən qocadır tarixin sənin,
Daşlarda izlər qoyub qədim illərin!

Sıx meşələrinlə uca dağların,
Çırpışan sularıyla dolan çayların,
Qara qızılınla varlı torpağın,
Sənin sərvərindir, Azərbaycanım!

Uzaqlardan gəlir səsin-sorağın,
Edilir söhbətin, çəkilir adın!
Göylərə ucalan rəngli bayrağın,
Xalqın sevincidir, Azərbaycanım!




Qarabağım

Qarabağın torpağı
Nədən yanıb, yaralı?
Düşmən əli silahlı,
Niyə pozub salamı?
Həsrət qalıb cavanlar
Müqəddəs ocağına!
Qocalar ağlar qalıb
Evladlarnın toyuna.
Nə istəyir yağılar
Azəri torpağınnan?
Niyə qanlar axıdır
Uşaqların boynunnan?
Nə edim? Necə edim?
Suallar içindəyəm.
Ürəyim dərdi çəkir-
İllərlə qəm içində!
Suallar cavabsızdır,
Qollarım da taqətsiz,
Gözlərim yollar çəkir,
Qələbəni gözləyir!
30.08.2016

Maskalı insanlar

Ətrafa baxa-baxa,
Insanlar görürəm mən.
Min cildə girib-çıxır,
Üzünə maska taxır.

Harda qalıbdır hikmət,
Vicdanla-namus, qeyrət?
Cavanlar nə axtarsın?
Yaşlıda itib sərvət!

Damarlarda qan çönür,
Qəlbim dərddən bölünür,
Gözlərimdən axan yaş
Çaylar kimi ötüşür.

Ey insanlar ayılın,
Dünyaya nəzər salın!
Yalan-palan həyatı,
Qəlbinizdən çıxardın!
09.10.2013

Yaradanım!

Nə gözəldir səman sənin!
Toplanıb zərif buludlar,
Quşların da qanad açıb,
Mavi göydə sərbəst onlar!

Günəşin sənin sarıdır!
Şüaları saçağıdır!
Ətrafda işığı coşar,
Evlərə sevinclə axar!

Çöldə, dağda, çəmənində,
Güllərin incədən-incə!
Yaratdığın bu gözəllik
Yerin bəzəyidir, necə?!

Dedin: “Sınma qəlbi kövrək,
Düşün yaşa, sevin gerçək!
Səbr edib özünü saxla,
Həyatdan yaxşılıq topla!”.

Yeri, göyü Yaradanım!
Sənə vurğundur bu canım!
Sənsiz bir gün qalmaz ağlım,
Varlığımsan, Hökümdarım!
2016-cı il 7 avqust

Azərbaycan, Vətənim!
Vətənpərvər mahnı.

Azərbaycan, Vətənim!
Gözəl diyarım mənim!
Hər elin, hər torpağın,
Adınla bağlı sənin!

Nəqarət

Üç rəngli bayrağımızla,
Döyüşə gedərəm mən!
Düşmənə qalib gələrəm,
Sənin yolunda, Vətən!

Mavi Xəzər suları,
Göyərən meşələrin,
Qarabağın torpağı,
Sənin sərvətin, Vətən!

Nəqarət

Güclü ordun, əsgərlərin,
Enilməz bayrağın var!
Hər kəsə qalib gələrəm,
Sənin yolunda, Vətən!

Axar sellərlə çaylar,
Dağlardan yolun salar!
Göylərdə qaranquşlar,
Qanad açaraq uçar!

Nəqarət

Üç rəngli bayrağımızla,
Döyüşə gedərəm mən!
Düşmənə qalib gələrəm,
Sənin yolunda, Vətən!
Fevral 23/ 2016-cı il

Ata

Atanı sevməyən bir evladmi var?
Bu gözəl insana sevgi azmı var?
Ata ucalığın gec duyarıq biz,
Yalnız itirərərkən axtararıq biz!

Atamın sevgisin unutmaram mən,
Qoyduğu sənətdə çalışaram mən,
Qürur, güvənc yerim, başımın tacı!
Indi sözünə mən qalıram möhtac.

Gözlərimin önündə tez-tez canlanır,
Əllərim uzanaraq ona çatmayır,
Şəklinə baxaraq ürəyim dözməz,
Keçmişi xatırlaraq göz yaşım bitməz!

Hər yanda axtarır gözlərim onu,
Gəzdiyi yollarda görmürəm onu,
Getdiyi gedişlə qayıtmaz daha,
Baxmaz arxasıyla çəkilən aha!

Yanaram, yanmağım, tüstüm görünməz,
Taleylə barışdım, susdum, dil-dinməz.
Xatirələr bürüyüb hər yandan məni,
Fikrimdən çıxmayır onlu günlərim.

Röyalarda gəlir yalnız yanıma,
Etdiyi söhbətlər düşür yadıma.
Gah zildə danışar, gah da ki pəsdə,
Elə gəldiyi tək gedər ahəstə.

Həyat qəribədir ardıcıl gedir,
Insanlar dünyasın dəyişib gedir.
Cismimiz gedərək ruhumuz qalar,
Yalnız yaxşı əməl ömrü uzadar.
29.09.2011

Ilk bahar gəlib!

Bahar gəlib, yaz gəlib, dəyişdi zaman!
Günəşin istisindən canlandı hər yan!
Quru budaqlara qonan çiçəklər,
Sevinclə deyər ki, ilk bahar gəlib!

Dağların buzların sındıran sular,
Ətrafda hey coşaraq yollar axrtarar!
Axıb, daşıb, gedib mənşəyin tapar,
Sevinclə deyər ki, ilk bahar gəlib!

Günəşlə bir qalxan nəğməli quşlar,
Göydə qanad açıb edər uçuşlar!
Oyanar təbiət, canlanar həyat,
Sevinclə deyər ki, ilk bahar gəlib!

Yalnız tənha qalan nisgil ürəklər,
Nə bir nəğmə qoşar, nə də sevinər,
Gözləri yollarda kimisə gözlər,
Sevinclə deməz ki, ilk bahar gəlib!

Ana

Həyatımla bağlıyam
Mən sənə əziz Ana!
Illərimlə borcluyam
Sənə qəhrəman Ana!
Sənsiz günüm heçnədir,
Üzün gülsün ay Ana!
Sənsiz ömrüm heçnədir,
Səsin gəlsin can Ana!
Yadıma salaram mən,
Uşaqlıq illərimi.
Gözlərim yaşla dolar,
Sellərlə axar, coşar.
Oxuduğun lay-layı
Eşidirəm mən indi.
Yuxusuz gecələrin
Dəyərli olub indi.
Nə etsəm bundan belə
Borcum qayıtmaz sənə!
Həyatım sona yetsə-
Borcluyam yenə, yenə!
29.03.2012

Родная Земля!

Люблю тебя Земля моя,
Леса твои и реки!
Повсюду вижу я, тебя
Открыв глаза и веки!

Болъшими станут города
И села будут болъше!
А дети вырастут скорей
В море щедрости твоей!

Богатства даришъ ты свои
С полна и безвозмедно!
Хочу тебе я, подаритъ
Любовъ свою и верностъ!

Достойной бытъ тебя хочу
Стараюсъ безупречно!
Люблю тебя Земля моя
К тебе любовъ на вечно!
2012-ci il 17 iyun

Sevgi Allahdandır!

Sevgi Allahdandır, hər kəsə gərək!
Sevməyən insanlar kimlərə gərək?
Məhəbbət olarsa döyünər ürək,
Sevgi baxçasında açar gül-çiçək!
Sevginin halları, gücü tükənməz,
Sevməyən insanın halı bilinməz!
Allaha sevgiylə bağlansa insan,
Hər ikili dünyanı qazanar, inan!
30.03.2012



Xalama ithaf
(Посвящается тете Вале)

Твой образ ласковый и нежный,
Живя в словах скорбящих фраз,
Все оживает с той же силой,
Перед глазами каждый раз!

Идут года. Седеет голова
Я, становлюсъ все старше.
А ты, как прежде молода
Во все грядущие года!

Каждый раз все вновъ и вновъ,
Желаю видетъ образ твой:
Твои глаза, твою улыбку,
И слышатъ голос нежный твой!

Хочу обнятъ тебя так крепко,
Чтоб не смогли нас разлучитъ!
Но просыпаясъ утром вечно
Я, понимаю – жизнъ не вечна!

В себе я, вижу образ твой,
Твои все начинанъя!
С годами становлюсъ тобой,
Ты мой лучик золотой!

Сердце стонет, унывает,
Как же мне ему помочъ?
Лишъ печалъ в глазах гуляет
И слезами болъ смывает!

Ты была всегда любимой,
В моем сердце на века!
Образ твой такой же милый,
Как и в прежние года!

Allaha rica

Aç əllərini sən-
Dua et ona!
Göylərə baxarkən-
Rica et ona!
Allahdan savayı
Heç kəs dünyada,
Saysız varlığından
Verməz insana!
Həyatın varlığı-
Allaha məxsus!
Aparmaz özüylə
Güclü bir cəsus!
Allahı düşünüb
Allahla yaşa,
Arzu gerçək olur
Zaman çatanda!


Dosta məktub

Neçə illər ərzində
Dost seçirdim özümə.
Onların içində sən,
Ən əziz oldun mənə!
Mən səni lap çox sevdim,
Ürəyimin sirrin verdim!
Hər gün yolun gözlədim,
Gözlərimlə yol çəkdim.
Çıxmırsan sən yadımdan,
Qəlbimdəsən hər bir an!

Gün keçir, illər dolur,
Yay - payızla qovuşur.
Səndən çox şey istəməm,
Sözlərinlə ovundur!
“Salam dostum, necəsən?”
Eşitmək istərəm mən!
Bir neçə kəlmən sənin
Qəlbimi sevindirər!
Eşidərək səsini,
Ürəyim dağa dönər!

Gözlərim yol çəkməkdə,
Ürəyim səsləməkdə,
Qulağım səs axtarır,
Səndən xəbər arayır.
Unutmusan sən məni,
Keçirtiyimiz günləri,
Harda səni axtarım,
Dost varlığın yaşadım?
Hər yana soraq saldım,
Səndən xəbər tapmadım.
20.03.2012


Bacım qızı Nigara

Balaca bir qızım var,
Adı Nigardır onun!
Dodaqları al-ləçək,
Gözləri badam deyək!
Beli elə incədir,
Ovuca sığar gərək?!

Məktəbə gedir balam,
Beşlər alır hər zaman!
Bölüşür qardaşıyla,
Ata və anasıyla.
Sözlərindən çıxmayır,
Gözəl davranışıyla!
11.09.2011


Azərbaycanım!

Gəldi qış birdən-birə, Azərbaycana,
Büründü hər yan yenə qarlı dumana!
Soyuqdan küçələrdə adam azaldı,
Maşınlar da donaraq yollar axtardı.
Qışla bölüşürdü günşəli Vətən!
Sevilir, seçilir iqlimlə Vətən!
Yazın havasıyla, qışın ağ qarı,
Payız yağışıyla,istili yayı.
Bu gözəl Ölkədən varmı dünyada?
Allahım bəxş edib Azərbaycana!
02.02.2012

Mahirə Ələkbərqızı
Milli Konservatoriyanın müəllimi.